© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

1000 insanabənzər robot İlon Mask üçün işləyəcək - Foto

İlon Mask "Tesla"-nın fabriklərində 1000 insanabənzər robotu işə götürəcək.

Reyting.az
 xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

Amerikalı iş adamı İlon Maskın fikrincə, tezliklə antropomorf robotların istehsalına başlamaq üçün nəzərdə tutulmuş "Optimus" proqramının dəstəyi ilə çox böyük uğur əldə etmək mümkün olacaq. İ. Mask deyib ki, bu proqramın uğuru "Tesla"-nın bazar dəyərini bəlkə də "on trilyonlarla dollara" yüksəldməklə maliyyə faydası gətirəcək.

Maskın proqnozlarına görə, çox güman ki, gələn ildən bu avtomobil istehsalçısının zavodlarında 1000-dən çox “Optimus” işləyəcək.



Layihənin yüksək bazar dəyərinə gəlincə, burada daha bir nüans var: "S&P 500" siyahısında olan bütün şirkətlərin ümumi dəyəri təxminən 45,5 trilyon dollardır və "Tesla" həmtəsisçisi iradə nümayiş etdirib inad göstərməklə müəssisəsinin dəyərini 25 trilyon dollara çatdırmağı düşünür. Bu məqsədlə də milyarder robot əməyindən yararlanmağa çalışır. Lakin onun əminliyi və uğura inamı qeyri-müəyyən şərait də yarada bilər.

Xatırladaq ki, hazırda bu şirkət 580 milyard dollar dəyərində qiymətləndirilir.

CNBC-nin qeyd etdiyi kimi, amerikalı milyarder iddialı planları ilə ictimaiyyətə, həmçinin də səhmdarlara verdiyi vədlərlə məşhurdur. Lakin çox zaman layihələrinin icrası gecikir ki, bu da İ. Maskın böyük vədlərini şübhə altına qoyur.

Oqtay QORÇU
 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR