© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

2-ci Şuşa Qlobal Media Forumu başlayıb - (Yenilənib) - Video

Bu gün ll Şuşa Qlobal Media Forumunun açılış mərasimi olacaq.

Reyting.az 
xəbər verir ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı nəzərdə tutulur.

Dövlət başçısının “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçiriləcək forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq.

Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində 4 panel sessiya - “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

***

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək II Şuşa Qlobal Media Forumunun iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Hava Limanında yerə enib.

Reyting.az 
xəbər verir ki, qonaqlar buradan onlar üçün ayrılmış xüsusi avtobuslarda Şuşa şəhərinə yola düşüb.

Qeyd edək ki, 20-22 iyul tarixlərində təşkil olunacaq forumun işində 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndəsinin iştirakı nəzərdə tutulub.



***

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edib:

Ana səhifəyə d

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR