576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq
CƏMİYYƏTMəcburi Köçkünlərin Sosial İnkişaf Fondu dəyəri yeddi milyon manat həcmində müəyyənləşən açıq tenderinə yekun vurub.
Oxu.Az-ın dövlət elektron satınalmaları portalından əldə etdiyi məlumata əsasən, müvafiq tender üzrə Fond “Bakı Abadlıq Xidməti” MMC ilə müqavilə bağlayıb.
Tenderin məzmununa əsasən, Bakı şəhərinin Sabunçu rayonunun, Maştağa qəsəbəsində, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2.76 ha ərazidə tikintisi nəzərdə tutulan zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulub.
Bununla da məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması planlaşdırılır.
Belə ki, tikinti müddətində mühəndis kommunikasiyaları və texnoloji avadanlıqlar şirkət tərəfindən təmin ediləcək.
Bu işlərin həyata keçirilməsinə 7 milyon 5 min 86 manat sərf olunacaq.
Maraqlana bilərsizr