© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

6 ayı ərzində 27 nəfər korrupsiya faktına görə cinayət başında yaxalanıb

Bu ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 27 nəfər cinayət başında yaxalanıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Məlumatda qeyd edilir ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə “27”-dir.

Belə ki, 2020-ci ilin I yarımili ərzində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirilən əməliyyat tədbirləri nəticəsində 27 şəxsin cinayət başında yaxalanmasını təmin edib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR