© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

6-dan sonra işləyən restoranın 24 müştərisi saxlanıldı - Foto

Binəqədi rayonunda sanitar-karantin qaydalarına zidd olaraq saat 18:00-dan sonra gizli fəaliyyət göstərən restoran aşkar edilib.

DİN-ə istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən paytaxt sakini Nurəli Mənsimova məxsus “Nar” restoranın saat 18:00-dan sonra da işlədiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektin sahibi Nurəli Mənsimov və orada olan 24 müştəri saxlanılaraq polis bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

 

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2000 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR