© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

ABŞ-Çin münasibətləri daha da gərginləşir

ABŞ-Çin münasibətləri daha da gərginləşə bilər.

Reyting.az
-ın xəbərinə görə, ABŞ prezidenti Co Bayden administrasiyasının gələn həftə verəcəyi qərara Çinin reaksiyası maraq doğurur.

ABŞ mətbuat yazır ki, Çinin təmiz enerji məhsulları ixracını artırdığına dair işarələr Vaşinqtonda narahatlıq yaradıb. Bu səbəbdən də Bayden administrasiyası yaxın günlərdə Çindən idxal edilən təmiz enerji məhsullarına gömrük rüsumlarını artırmağa hazırlaşır. Çin mənşəli elektrik avtomobillərinə tətbiq edilən verginin isə təxminən 4 dəfə artırılacağı bildirilir.

Mayın 14-də açıqlanması gözlənilən qiymətlərin Çindən gətirlən kritik minerallara, günəş enerjisi məhsullarına və akkumulyatorlara təsir edəcəyi gözlənilir. ABŞ rəsmilərinin xüsusilə elektrikli avtomobillərə diqqət yetirdiyi və tarif dərəcəsini 25 faizdən təxminən 100-də 100-ə yüksəldəcəyi ehtimal olunur.

V. QULİYEV

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR