ABŞ-dakı erməni lobbisi növbəti dəfə fiaskoya uğrayıb
DÜNYAABŞ Konqresinin ermənipərəst millət vəkillərinin növbəti dəfə Azərbaycanı, habelə Türkiyəni hədəf alan qanun dəyişikliklərini qəbul etdirmək cəhdi nəticəsiz qalıb.
Konqresdə ermənipərəstlərin “ağır top”larından sayılan Frank Palloni jurnalistlərlə söhbəti zamanı prezident Cozef Baydenin “Azərbaycanı və Türkiyəni məsuliyyətə cəlb etməyi” nəzərdə tutan qanunu imzaladığını deyib. Lakin məlum olub ki, nə Azərbaycana hərbi yardımların dayandırılması, nə də 907-ci düzəlişə qoyulan müvəqqəti moratoriumun ləğv edilməsi kimi məsələlər sözügedən qanunda öz əksini tapmayıb.
Bunun əvəzində əhəmiyyətsiz, hər hansı konkret nəticə verməsi mümkün olmayan bəndi daxil edə biliblər: “Bu Qanun qüvvəyə mindikdən sonra 180 günədək müddət ərzində müdafiə katibi başqa federal departamentlər və idarələrin rəhbərləri ilə razılaşdırılaraq Azərbaycanla Ermənistan arasında 2020-ci ildəki münaqişəyə dair hesabatı Konqresin aidiyyəti komitələrinə təqdim etməlidir”.
Maraqlana bilərsizr