ABŞ İranı İsraillə bağlı qərarından çəkindirir
DÜNYAABŞ administrasiyası İranı İsrailə hücum qərarını yenidən nəzərdən keçirməyə inandırmaqla Yaxın Şərqdə münaqişənin qızışmasından qaçmağa çalışır.
Reyting.az “Politico” nəşrinə istinadla bildirir ki, İran tədricən ABŞ-ın çağırışlarına təslim olur.
Nəşrin yazdığına görə, Bayden administrasiyası diplomatik kanallar vasitəsilə çalışır ki, Yaxın Şərqdəki müttəfiqləri Tehranı İsrailə hərbi hücumu barədə qərarını yenidən nəzərdən keçirməyə inandırsın.
Eyni zamanda, ABŞ administrasiyası İranı HƏMAS lideri İsmayıl Haniyənin ölümü ilə nəticələnən partlayışa reaksiyasını yenidən nəzərdən keçirməyə çağırıb. ABŞ rəsmiləri Tehrana mesajlar çatdırıblar ki, Haniyənin ölümünə səbəb olan partlayış İsrailin gizli əməliyyatı nəticəsində baş veribsə, daha böyük hücumun bir hissəsi deyilsə və heç bir İran vətəndaşı həlak olmayıbsa, o zaman İran İsrailə hərbi hücum planını yenidən nəzərdən keçirməlidir.
Rəsmilər deyirlər ki, Tehran Vaşinqtonun fikirlərini əvvəlcə rədd etsə də, sonradan qismən razılşıb. Rəsmilər Haniyənin öldürülməsinə İranın hansısa formada reaksiya verəcəyini gözlədiklərini bildirsələr də, iddia olunur ki, indi Tehranın fikri müəyyən qədər dəyişib və ABŞ İsrailə hücum gözləmir.
Nəşr xatırladır ki, bu yaxınlarda ABŞ prezidenti C. Bayden baş nazir B. Netanyahunu İsrailə yardımı dayandırmaqla hədələyib. O, regional müharibə riskinin artması səbəbindən ölkənin baş nazirinə eskalasiyaya qarşı xəbərdarlıq edib.
E. KAMAL
Maraqlana bilərsizr