© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

ABŞ koronavirusa qarşı bu preparatdan istifadə edəcək

ABŞ-ın tibbi tənzimləyiçisi FDA “Gilead” şirkətinin koronavirusa qarşı remdesivir preparatından istifadəni bəyənib.

DAİM.AZ  “Report”-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Bu, koronavirusla xəstəxanaya yerləşdirilmiş pasiyentlər üçün müalicənin əhəmiyyətli vasitəsidir", - Tramp deyib.

“Gilead” səhmləri Trampın bəyanatı ilə əlaqədar qalxıb, amma sonra 4,82% azalıb.

Remdesivir antivirus preparatı Ebolaya qarşı mübarizə çərçivəsində hazırlanıb, amma öz effektivliyini sübut etməyib. O, daha sonra SARS və MERS infeksiyalarının müalicəsi zamanı effektli olub.

Preparatı ABŞ-ın “Gilead Sciences” bioəczaçılıq şirkəti istehsal edir. Onun kliniki sınaqları hazırda alimlərin beynəlxalq qrupu tərəfindən ağır xəstələrin müalicəsi üçün keçirilir.

Qeyd edək ki, bu günlərdə “Bloomberg” “Gilead Sciences Inc.” preparatının COVID-19 pasiyentlərinə təsir göstərdikdən sonra müalicə üçün təsdiqini və ya genişləndirilmiş istifadə formasını alacağı barədə məlumat yayıb

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR