© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

"ADY Express” Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınmasına başlayacaq

2020-ci ilin sonunadək və 2021-ci ildə “ADY Express” tərəfindən Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə yeni növ yüklərin daşınması planlaşdırılır.

Bunu “ADY Express” MMC-nin mətbuat xidmətinin rəhbəri İlham Abdulov deyib.

O bildirib ki, yeni növ yüklər oduncaq, taxıl və kömür olacaq:

“Hazırda “ADY Express” tərəfindən Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əsasən metal (polad) daşınır. Bu yüklər əsasən Maqnitoqorsk metallurgiya kombinatının məhsuludur”.

İ.Abdulov qeyd edib ki, bu müəssisənin məhsulunun “ADY Express” tərəfindən son məntəqəyə nəqli müddəti 15-17 gün təşkil edir:

“Yüklər Rusiyadan Azərbaycan və Gürcüstandan tranzitlə Qarsa daşınır. Dəmir yolu ilə məsafənin uzunluğu 5 min kilometrə bərabərdir. Bizim bu müəssisələrlə əməkdaşlığımız 2018-ci ildə başlayıb və bu gün də uğurla davam edir”.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR