© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Ağstafada sel bir neçə körpüyə zərər vurub - VİDEO - YENİLƏNİB

Ağstafada sel fəsadlar yaradıb.

DAİM.AZ "Report"a istinadən Qərb Mərkəzinin məlumatına görə, yağan güclü yağışlar nəticəsində Ağstafada sel suları bəzi fəsadlar yaradıb. Rayonun Göycəli kəndindən keçən çayın üzərində olan körpüyə ciddi zərər dəyib. Bir neçə kəndə gedən yolun üzərində olan körpüdən yaranan fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.

Selin rayonun digər kəndlərində də fəsadlar yaratdığı bildirilir.

Ağstafa rayon İcra Hakimiyyətindən "Report"un Qərb Mərkəzinə bildirilib ki, son günlər yağan güclü yağışlar nəticəsində Həsənsu çayı daşıb. Nəticədə Tatlı kəndində 2 Göycəli kəndində 2 körpü (keçid körpüsü) ciddi zərər dəyib.

"Bu körpülər hər iki kəndin məhəllələrini birləşdirən körpüdür və ciddi zərər dəydiyindən istifadəyə yararsız hala düşüb. Hazırda ərazidə bəzi işlərə başlanılıb. Lakin körpünün bərpası və ya inşası üçün ağır texnikadan istifadə edilməsi üçün sel sularının azalması gözlənilir."

İcra hakimiyyətindən sel sularının yaşayış evlərinə və kənd təsərrüfatına zərər vurmadığı da bildirilib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR