© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

“Aİ Ukraynada separatçı ərazilərin tanınmasına qətiyyətlə reaksiya verəcək”

“Ukraynada iki separatçı ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır. Aİ və onun tərəfdaşları buna birlik, möhkəmlik və həmrəyliklə qətiyyətlə reaksiya verəcəklər”.

Bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özünün tviterdəki hesabında yazıb.

Xatırladaq ki, daha əvvəl Mişel Rusiyaya xəbərdarlıq edib.

“Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, biz buna çox fəal və qətiyyətlə cavab verəcəyik”, - o bildirib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR