© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Almaniyada yaşayan soydaşımız Portuqaliyada keçirilən müsabiqənin qalibi olub

Almaniyada yaşayan soydaşımız Anar Bramo (İbrahimov) Portuqaliyada keçirilən Kaskais və Oeyras Orkestrinin Beynəlxalq Orkestr Dirijorluğu Müsabiqəsinin qalibi olub.

Müsabiqənin məqsədi gənc dirijorlara simfonik orkestr ilə çətin əsərlər üzərində işləmə imkanı vermək olub. Sayca 5-ci dəfə keçirilən müsabiqədə müxtəlif ölkələrdən 100-ə yaxın müraciət arasından seçilmiş 12 dirijor iştirak edir. Soydaşımız bu müsabiqəyə dəvət olunan ilk azərbaycanlı dirijordur.

Qeyd edək ki, Anar Bramo skripkaçı, maestro və bəstəkardır. O, 1998-2002-ci illərdə Bakı Musiqi Akademiyasında təhsil alıb. 2002-ci ildən Köln Musiqi və Rəqs Universitetində təhsilini davam etdirib.

2010-2016-cı illərdə Almaniyada Südwestfalen Filarmonik Orkestrində köməkçi konsertmeyster vəzifəsində çalışıb. 2020-ci ildən Attendorn Kamera Orkestrinin baş dirijoru vəzifəsində çalışıb və bu ildən Almaniyanın Şimalı Vestfaliya federal torpağının Oberberq vilayətinin simfonik orkestrinin rəhbəridir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR