© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Amerikadan Bakıya 217 Azərbaycan vətəndaşı gətirildi - FOTO

AZAL aviaşirkəti tərəfindən iyunun 11-də Nyu-Yorkdan Bakıya 217 Azərbaycan vətəndaşının gətirildiyi çarter reysi yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri mütləq şəkildə karantinə yerləşdiriliblər.

Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş plana əsasən yerinə yetirir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR