© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Annalena Berbok: "Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"

"Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib".

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında və region ölkələri arasında normal münasibətlərin tezliklə bərpasında maraqlıdır. Cənubi Qafqaz Avropa üçün maraqlı regiondur. Bunun iqtisadi səbəbləri və gələcək inkişaf perspektivləri var”, - o bildirib.

Nazirin sözlərinə görə, bu regionda sülh hələ bərpa olunmayıb, həll olunmamış problemlər var, lakin sülh zəruridir. “Sülh prosesi həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. İki ölkəyə səfərlərim zamanı hər iki ölkənin bunda maraqlı olduğunu eşitmək məni çox sevindirdi”, - o əlavə edib.

A.Berbok vurğulayıb ki, Almaniya və Avropa İttifaqı ölkələri bu sülh təşəbbüslərini dəstəkləyir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR