© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Avropada gərginlik: ruslar silah yerləşdirir, ingilislər ordu göndərir, ABŞ nüvə stansiyasını işə salır

Avropa Birliyinin (AB) sərhədində yaranmış qaçqın böhranı ciddi qarşıdurmaya səbəb olub.

Reyting.az 
xəbər verir ki, bombardmançı təyyarələrini İngiltərə sərhədlərinə qədər uçuran Rusiya Avropadakı yeganə müttəfiqi Belarusa qırıcılar, helikopterlər və raket müdafiə sistemləri yerləşdirəcəyini bəyan edib. Prezident Putin Belarus-Polşa sərhədində qaçqın böhranı səbəbindən yaranmış prosesə müdaxilə edərək müttəfiqi Belarusa dəstək məqsədi ilə qırıcılar göndərib.



Nüvə raket başlığı daşıyan “Tu-22M” bombardmançı təyyarələrini İngiltərə sərhədlərinə qədər uçuran Rusiyanın bu addımı ciddi səs-küyə səbəb olub. ABŞ isə buna qarşılıq olaraq “Soyuq müharibə”dən sonra ilk dəfə Almaniyadakı nüvə stansiyasını işə salıb və uzun mənzilli “Qara Qartal” bipersəsli raketlərlə təchiz edib. Almaniyanın Mainz məntəqəsi ətrafında yerləşdirilən “Qara Qartal” raketləri paytaxt Moskvaya 21 dəqiqə 30 saniyə ərzində çatmaq qabiliyyətinə məxsusdur.

Qeyd edək ki, Rusiyanın Avropa sərhədlərində nüvə başlığı daşıyan bombardmançı təyyarələr uçurmasından sonra ABŞ-ın 1991-ci ildə SSRİ-nin dağılması ilə qapadılan nüvə sistemini işə salması diqqət çəkib.



Bu arada Rusiyanın Federal Hərbi-Texniki Əməkdaşlıq Departamentinin direktoru Dmitri Şuqayev bildirib ki, Moskva-Minsk razılaşmasına əsasən, Belarusa hərbi texnika yerləşdirəcəklər. Rusiya Belarusa qırıcılar, helokopterlər, hava müdafiə sistemləri və digər hərbi təchizat göndərir.

Onu da qeyd edək ki, Putin buna oxşar addımı 2015-ci ilin sentyabrında Suriyada da atıb. Yəni Rusiya qırıcılarını, hava müdafiə sistemlərini və hərbi gəmilərini Suriyaya göndərib.

AB-nin sanksiya hədəfində olan Belarus lideri Lukaşenko isə ölkəsinin cənub və qərb sərhədlərində “İsgəndər” raketləri yerləşdirmək istədiklərini açıqlayıb.



Rus ordusu Cümə ertəsi günü daha bir addım ataraq uzunmənzilli bombardman təyyarəsi - “Tu-160”-larla Avropa hava sahəsini keçərək İngiltərə yaxınlığına qədər uçub. Rus təyyarələrinin radar vasitəsilə fərq edilməsindən sonra NATO ölkələri təcili hərəkətə keçib və hərbi təyyarələr ard-arda havaya qaldırılıb. Belçika və Norveç qırıcıları ilə yanaşı İngiltərənin “Tyohoon” qırıcıları da “Tu-160”-nın önünü kəsib.

“Mil Radar”-ın məlumatına görə, rus təyyarələri reaktivlər tərəfindən tutulmazdan əvvəl Hollandiyanın hava məkanına yaxınlaşıb və gecə saat 12:45 radələrində Şimal dənizi üzərindən şimala, beynəlxalq hava məkanına doğru irəliləyib.

AB sərhədində miqrant gərginliyi artdıqca, Britaniya ordusu Polşa hərbçilərinə dəstək vermək üçün sərhəddə qoşun yeridib. Sözügedən addım Rusiyadan da yan keçməyib. Rusiya lideri Putin miqrant böhranında Qərb ölkələrini ittiham edərkən, ABŞ prezidenti Co Bayden sərhəddə baş verənlərlə bağlı narahatlıqlarını Moskvaya çatdırdıqlarını bildirib.



Onu da diqqətə çatdıraq ki, bu gün AB-nin xarici işlər nazirləri Brüsseldə toplaşaraq Belarusa qarşı sanksiyaları müzakirə edəcəklər. Bir neçə gün əvvəl isə Belarus prezidenti Lukaşenko elan edib ki, əgər ölkəsinə sanksiya tətbiq olunarsa, Belarusdan Avropaya keçən qaz boru xətlərini dayandıra bilərlər.

Bu arada İngiltərənin Baş Qərargah rəisi Rusiya ilə döyüşə hazır olmaları ilə bağlı mesaj verib.

Beləliklə, indi Şərqi Avropa dünyanın ən gərgin nöqtəsinə çevrilməkdədir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR