© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Avtomobil bazarında son durum - Pandemiyanın qiymətlərə təsiri

Koronavirus pandemiyasının mənfi təsir göstərdiyi sahələrdən biri də avtomobil bazarıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, xüsusən inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda avtomobil idxalı ilə daha çox fərdi sahibkarların məşğul olduğunu nəzərə alsaq, pandemiya dövründə sərhədlər bağlandığı üçün idxalın azalması gözlənilən idi:

“Sərhədlər bağlandığı üçün fərdi sahibkarların avtomobil alıb ölkəyə gətirmək imkanları məhdudlaşdı. Nəzərə alsaq ki, sahibkarlar idxalı daha çox Avropa ölkələrindən həyata keçirirdilər, bu ölkələrin də sərhədləri bağlandığı üçün idxal baş tutmadı. Ancaq güman olunur ki, sərhədlərin yenidən açılması fonunda biz avtomobil bazarında aktivliyin bərpa olunmasını müşahidə edə bilərik”.

V.Bayramov avtomobil bazarında qiymətlərdə ciddi dəyişiklik olmadığını diqqətə çatdırıb:

 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR