© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azadlığa uçmağı xəyal etdiyimi biləcəksən

Monteneqrolu Katarina Saric FF Nikšić Universitetində Fəlsəfə və Cənubi Slavyan ədəbiyyatı üzrə təhsil alıb FPN Podqoritsada sosial siyasət üzrə magistr dərəcəsini tamamladı. Sosial kontekstdə şeir və nəsr yazır.

Çoxsaylı antologiyalarda və böyük ədəbi saytlarda təmsil olunan müəllifdir.

Onun şeirləri və nəsri haqqında elmi əsərlər yazılmışdır. Əsərləri bir çox mükafatlara layiq görüldü, yeddi dilə tərcümə edildi.

Monteneqrolu şair Katarina Saricin şeiri heç vaxt döyüş meydanını tərk etməyən və düşüncələri uğrunda mübarizə aparan cəsur bir qadının səsidir. Onun poetik görüşləri zaman-zaman böyük feminist şairlərin poetikasından keçir.

O sözün həqiqi mənasında qadının iç dünyasını detallarına qədər oxucuya çatdırır.

 

ŞƏKƏR YAĞMURU

Mənə mesaj olaraq bir mətnlə yaxınlaşmayacaqsan, Şəkər!

Haralıyam, peşəm nədir kimi bir sualla…

 

Çox tez hiss edəcəksən

Danışıq dilindən dəhşətə düşdüyümü

Hazır formulların ürəyimi bulandırdığını

Mart ayında doğulduğumu

Və mavi rəngi sevdiyimi

 

Dağınık bir “Vikinq” sıçrayışında mənə tərəf qaçacaqsan

Artıq rezerv edilmiş bir park kimi

Baş ağrısından işkəncə olmuş kimi

 

Bazar olacaq və həssas dərim üçün

Krem aldığım aptek işləməyəcək

 

Evlənməyəcəksən, boşanmayacaqsan 

Ya da qarmaqarışıq bir münasibət içində olmayacaqsan

Sadəcə palçıq içindən keçənlər kimi yorulacaqsan

 

Yağmur yağacaq 

Və hər zamanki kimi çətirim olmayacaq

Hind Okeanında bir tısbağaya toxunduğunu soruşacaqsanq ürur və ya utanc hissi?

 

Sənə sunami qayalarının altından topladığım mərcan rəngli dırnaqları göstərəcəyəm

Seylon sahilləri yox olduğundam məni arxa daxmaya aparacaqsan

romlu bir çay üçün ən yaxın restorana

və mənə yol boyu dostluqlarından danışacaqsan

 

Silecek səsi duyulacaq

Dumanlı şüşəyə üfürəcəyəm

yol xəritəsini cıracaqsan

Zirehli evim şüşədən düzəldilmiş kimi dağılacaq

 

Kirpiklərinin üzərindən keçəcəm

tikanlı məftil arasından

və bir qaranquş gedişi ilə gözünün dibinə dalacağam

 

Köhnə video cihazında "Kəpənək"i milyon dəfə geri çəkdiyimi biləcəksən

Azadlığa uçmağı xəyal etdiyimi belə...

 

Cibindən bir torba qızılı rəngdə tütün çıxaracaqsan.

büküb bütün qorxularımızı çəkəcəyik

havalı arzularımızı

Mavi tüstülərdən keçəcəyik

və külün içində bir çiçək əkəcəyik

yağmur yağacaq

su kimi böyüyəcək çiçəyimiz

 

FLAŞ

Günortadan sonra yağışa dözə bilmirəm

caz və keçmişə dönməyə dözə bilmədiyim kimi

geriyə dönüb baxdığımda

günəşin qürubunda maşın sürməyimiz...

Siqareti uçuşda bitirməyimiz

 

Dadsız saqqıza dözə bilmirəm

çiyələk və balonların partlaması

məhdudiyyətsiz bu şirin zarafat

dördyolda ayaqlarımı sığallayıram

başımı pəncərədən çıxarıram

külək saçlarımı yelləyir

 

dözə bilmirəm

musiqi qutuları üçün yol kənarındakı gözyaşlarına

şeir gecələri kapuçino dadındadır

hər yeni sevdiklərimi məhv edən yaralar

Ya da uzaq məsafəli sevgilərə bənzər kimi...

 

Hər körpünü yandıran bu lənətlənmiş zəifliyə dözə bilmirəm

amma davranışları əbəs

məni məsumluğumda tənha buraxır

sonsuza qədər açıq olan bir yaranın üstünə palçıq vurur

mənə yenidən acı verir

məni öldürmək əvəzinə

 

Yağışa dözə bilmirəm,

caz səsinə də,

fasiləsiz olaraq daima bu dəyişməz hislərə...

Məbədlərdə partlayışlar kimi

və yolun yanmış qoxusu

həmişə o dəyişməz küllərdən gəlir 

 

FOTO

- Bu həyatın fotosunu sənə buraxıram

bir çanta dolu qəhvə

və sobada albalı dadında tort

 

və o ayaqqabılar - ad günüm üçün hədiyən

/bir ölçü çox böyük/

Uydurulmuş hayküylər...

şəhər kənarı yataqxanalarda

bu həftə sənin üçün planlaşdırılır

/və kağız qırıntıları

 

Bu gün tərk edildim

Küləklərə ürək verdim

 

Torpido gözünden rötuşlanmış gerçekliğimi alıyorum

unutulmuş el yazması

ve eşzamanlı çevirideki son başarısız girişimi

benden sana ve geri

/mantıksal düzeyden gerçeklik düzeyine/.

 

Əlcək deşiklərindən həyatın gerçəklərini hiss edirəm

unudulmuş əlyazması...

və tərcümələrimdə son uğursuz cəhdi

 

Bütün görmədiklərini sənə buraxıram

barmaqlarına sıxılmış klaviatura düymələri

 

İkinci dərəcəli modelləşdirilmiş gerçəklik

Gözəl bir dizaynda

buludların köpüyü

 

sənin dəyişən eqon

Paralel kainatın yaradıcısı

bu virtual yer və göy üzü

 

Mən səni tərk edirəm.

Təqlid etmirəm.

Heç vaxt təqlid etmirəm.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR