Azərbaycan buğda idxalını 18 % azaldıb
İQTİSADİYYATBu ilin yanvar-noyabr aylarında Azərbaycan 262,5 mln ABŞ dolları dəyərində 1 225,6 min ton buğda idxal edib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 57,2 milyon dollar (17,9 %) və 262,1 min ton (17,6 %) azdır.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,7 %-ni təşkil edib.
Maraqlana bilərsizr