© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 71 589 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6%, qeyri neft-qaz sektorunda isə 5,9% artıb.

ÜDM istehsalının 40,8%-i sənaye, 10,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9%-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 21,9% artaraq 7 148 manat olub.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR