© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycan millisinin voleybolçusu: "Faiq Qarayevin təyinatı uğurlu seçimdir"

"Bu, uğurlu seçimdir. Çünki Faiq müəllimi hər kəs tanıyır. Onun təcrübəsi, məşqçilik bacarığı hamıya bəllidir".

Bunu "Report"a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Aynur İmanova Faiq Qarayevin yenidən baş məşqçi təyin olunması ilə bağlı danışarkən deyib.

35 yaşlı oyunçu Qarayevin kifayət qədər təcrübəli mütəxəssis olduğunu söyləyib: "Bundan əvvəl də biz onunla bir çox yarışlarda iştirak etmişik və yaxşı nəticələr qazanmışıq. Düşünürəm ki, yenə eyni uğurları qazana bilərik".

“Azərreyl”in kapitanı indiki dönəmdə yığmaya dəvət almaq ehtimalı barədə danışıb: "Faiq müəllimin təyinatı 2-3 gün əvvəl elan edilib. Hazırda klub mövsümüdür və əsas diqqətimiz buna yönəlib. Milli mövsümünə hələ bir neçə ay var. Yığmada kimin oynayıb-oynamayacağına isə baş məşqçi özü qərar verəcək. Vaxtı gələndə artıq hər şey bəlli olacaq".

İmanova millinin Qızıl Avropa Liqasındakı şanslarından da söz açıb: "Qızıl Avropa Liqasında 2016-cı ildə çempion olmuşuq. Həmin vaxt da məşqçimiz elə Faiq Qarayev idi. Komandamızda kifayət qədər yaxşı oyunçular var. Düşünürəm ki, bu il də yarışda uğurlu nəticə göstərə bilərik".

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR