Azərbaycan Müdafiə Naziri Türkiyə Milli Müdafiə naziri Hülusi Akar ilə cəbhədəki vəziyyəti müzakirə etdi
GÜNDƏMAzərbaycan Müdafiə naziri Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hülusi Akar arasında telefon danışığı olub.
“Haber Global” məlumat verir ki, Ermənistan qüvvələrinin Azərbaycanın mülki yaşayış ərazilərinə hücumlarını qınayan Akar Türkiyənin hər zaman azərbaycanlı qardaşlarının yanında olduğunu vurğulayıb.
Türkiyəli nazir cəbhədəki son vəziyyət barədə məlumat alıb və şəhid olan azərbaycanlı qardaşlarına rəhmət, yaralananlara isə şəfa diləyib.
“Ərazi bütövlüyünü qorumaq üçün bütün imkanlarımızla Azərbaycan türkü olan qardaşlarımızın yanında olacağıq”, - deyə o qeyd edib.
Maraqlana bilərsizr