Azərbaycan Premyer Liqasında XXXV turun iki oyununda əcnəbi VAR hakimləri olacaq
İDMANAzərbaycan Premyer Liqasında XXXV turun üç oyununun VAR təyinatları açıqlanıb.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, iki qarşılaşmada VAR hakimləri əcnəbi olacaq.
"Sabah" - "Sumqayıt" görüşündə belçikalı Natan Verbumen iş başında olacaqsa, "Səbail" - "Neftçi" matçına italiyalı Davide Qersini nəzarət edəcək.
Azərbaycan Premyer Liqası
XXXV tur
18 may
17:00. “Sabah” – “Sumqayıt”
VAR: Natan Verbumen
AVAR: Əliyar Ağayev
17:00. “Səbail” – “Neftçi”
VAR: Davide Qersini
AVAR: Eyyub İbrahimov
17:00. “Kəpəz” – “Zirə”
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Maraqlana bilərsizr