Azərbaycan Respublikasında koronavirus infeksiyasına 2102 yeni yoluxma faktı qeydə alınıb
GÜNDƏMAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2102 yeni yoluxma faktı qeydə alınıb, 863 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 505 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479 675 nəfər müalicə olunaraq sağalıb, 6 793 nəfər vəfat edib. 19 086 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 189, bu günə qədər isə ümumilikdə 5 044 744 test icra olunub.
Qeyd edək ki, dünənki statistikada sutkalıq yoluxma sayı 1 245, sağalanların sayı 409, ölənlərin sayı isə 13 nəfər idi.
Maraqlana bilərsizr