© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycan və Belarus prezidentləri Şuşaya səfər ediblər

 

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər.

Reyting.az
 xəbər verir ki, dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar.

***

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar.

Reyting.az
 xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib.

***

Azərbaycan və Belarus prezidentləri Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar.

Reyting.az 
xəbər verir ki, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

***

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.



Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR