© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycan və Rusiya XİN başçıları regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB-2

1 mart 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

 

Ceyhun Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

 

15:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.

 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirib.

 

Nazirlər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.

 

15:10

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

 

“Report” xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

 

Onların müzakirə etdikləri məsələlər hələ ki açıqlanmayıb.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR