Azərbaycanda koronavirus: yeni yoluxanlar, sağalanlar, ölənlər...
CƏMİYYƏTAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1617 yeni yoluxma faktı qeydə alınıb, 1979 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 584 min 121 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 549 min 333 nəfər müalicə olunaraq sağalıb, 7 min 789 nəfər vəfat edib. 26 min 999 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 982, bu günə qədər isə ümumilikdə 5 milyon 509 min 701 test icra olunub.
Ölkədə bu gün 33 min 190 nəfər vaksinasiya olunub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 831, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 805 nəfər təşkil edib.
Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 23 min 554 təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 460 min 120, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 71 min 264, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 555 min 457 nəfər təşkil edir.
Ümumilikdə isə 833 min 399 buster doza vurulub.
Maraqlana bilərsizr