Azərbaycanda koronavirusa 402 yeni yoluxma faktı qeydə alınıb, 650 nəfər müalicə olunaraq sağalıb
GÜNDƏMNazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 226 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 214 423 nəfər müalicə olunaraq sağalıb, 2 998 nəfər vəfat edib, aktiv xəstə sayı 9 530 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 574, ötən müddət ərzində isə ümumilikdə 2 311 417 test aparılıb.
Maraqlana bilərsizr