Azərbaycanda koronavirusa 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb
GÜNDƏMAzərbaycanda koronavirusa (COVID-19) 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, səkkiz nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 7298 nəfərdir.
Ölkədə son sutka ərzində 11353, hazırkı dövrədək isə 1281497 test aparılıb.
Ümumi ölənlərin sayı 664 nəfərdir.
Ümumi yoluxanların sayı 49013 nəfər, ümumi sağalanların sayı 41051 nəfərdir.
Maraqlana bilərsizr