© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" qərar imzalayıb.

"Report" xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Bundan başqa, 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat
00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR