© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də 40,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə eynidir.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 38,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,12 dollar/barel çoxdur.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR