Azərbaycan nefti ucuzlaşıb
İQTİSADİYYATCIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 40,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 38,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 39,065 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.
Maraqlana bilərsizr