Azərbaycan Ordusunun 75 hərbi qulluqçusu Moskva şəhərinə yola düşüb.
GÜNDƏMİyunun 24-də keçiriləcək faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti bu gün Moskva şəhərinə yola düşüb.
Bu barədə DAİM.AZ Qafqazinfoya istinadən Müdafiə Nazirliyindən məlumat verilib.
Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.
Qeyd edək ki, hərbi paradda hərbçilərimiz ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi edəcəklər.
Maraqlana bilərsizr