© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycan və Türkiyə ordusu təlimlərə başladı- VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir.

Bu barədə DAİM.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır.

Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR