Azərbaycanda futbola tətbiq olunmuş qadağa götürülmədi
İDMAN"Kütləvi tədbirlərlə bağlı qərar qüvvədə qalır".
Sport7.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı Azərbaycan Premyer Liqasının bərpasına münasibət bildirərkən deyib.
"Bu sahədə açılım yoxdur. Növbəti mərhələdə necə olacağı vəziyyətdən asılıdır", - deyə İ.Məmmədov əlavə edib.
Bu gün karantin müddəti mayın 31-dək uzadılıb.
Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.
Eyni zamanda bütün milli federasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 may tarixinədək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL (Avropa Peşəkar Futbol Liqaları) və UEFA-ya məlumat verməlidirlər.
Maraqlana bilərsizr