© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycanda koronavirus infeksiyasından daha 202 nəfər sağalıb, 93 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 202 nəfər sağalıb, 93 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 31 min 58 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib. Aktiv xəstə sayı 2269 nəfərdir.

Ötən müddət ərzində 804 min 513 test aparılıb. Bugünkü test sayı isə 8054-dür.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR