Azərbaycanda koronavirusa yoluxmanın artmasının səbəbləri açıqlandı
GÜNDƏM“Yoluxma saylarının artmasını təbii qəbul edirik. Biz sərt karantin rejimindən çıxışda bunu gözləyirdik”.
DAİM.AZ "Report"- istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
“Təəssüflər olsun ki, biz ictimai nəqliyyatda, iş yerlərində, bankların qarşısında və s. yerlərdə insanların sosial məsafəni gözləmədiyini və tibbi maska taxmadığını görürük. Bu da yoluxmaların artmasına gətirib çıxarır”, - deyə TƏBİB sədri deyib.
Maraqlana bilərsizr