© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycanda tədris müəssisələrinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlandı

Ölkədə bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.

Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, məktəbəqədər təhsil və bağçalarda distant təhsil mümkün deyil:

“Ailələrin işləməsini nəzərə alaraq, uşaq bağçalarının sentyabrın 15-dən başlayaraq epidemioloji vəziyyət nəzərə alınmaqla fəaliyyəti bərpa ediləcək.

Bu, ölkənin bütün regionlarına eyni anda şamil edilməyəcək. Oktyabr ayının 1-dək müşahidə aparılacaq. Əgər epidemioloji vəziyyətdə kəskin dəyişiklik olmazsa, bu, davam edəcək”.

Onun sözlərinə görə, bu proses sentyabrın 15-dən noyabrın 2-dək davam etdiriləcək.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR