© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Azərbaycanda yanvar-iyun aylarında yol qəzalarında 325 nəfər ölüb

Azərbaycanda 2020-ci ilin yanvar-iyun aylarında baş vermiş yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunub ki, bu ilin yanvar-iyun aylarında 760 yol-nəqliyyat qəzası qeydə alınıb.

Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz azdır.

Həmin hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 5,6 faiz azalaraq, 1 026 nəfər olub. Onlardan 325-i həlak olub, 701-i isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 36,3 faizi gecə, 22,0 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,2 faizi yaşayış məntəqələrində baş verib.

Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə qalaraq 249 nəfər, yaralananların sayı 10,1 faiz azalaraq 650 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş verib, nəticədə, altı nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisələrin 70,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR