Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib
ŞOU-BİZNESGələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı bildirib ki, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi təmsil edəcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
“Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.
Maraqlana bilərsizr