© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bağlanan banklarda qalan əmanətlər nə vaxt qaytarılacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bağlanan banklarda qalan əmanətlər iyunun 1-dən gec olmayaraq qaytarılacaq


DAİM.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.

E.Rüstəmov bildirib ki, artıq iki bank üzrə Mərkəzi Banka aid olan prosedurlar tamamlanıb:

"İlk növbədə banklarda olan əmanətlərin siyahısı ilə Əmanətlərin Sığortalanması Fondunda olan qorunan əmanətlərin siyahısı, reyestri üzləşdirilir, dəqiqləşdirilir. Fond artıq öz işinə başlayıb. Əmanətlərin verilməsi üçün ən gec tarix iyunun 1-dir. Halbuki bununla bağlı qanunla 3 ay müddət verilib. Amma biz bu məsələni tezliklə həll etmək istəyirik ki, əhali əmanətlərini almağa başlasın, onu başqa bir banka köçürsün. O bank vasitəsiylə əmanətini idarə etsin. Biz çox stabil və ayaq üstə dayanan banklar seçəcəyik. Vəsaitlər həmin banklara köçürüləcək və əhali üçün hesablar açılacaq".

Baş bankir qeyd edib ki, "Amrah Bank", "Atabank", "AGBank" və "NBC Bank"da əhalinin təxminən 680 milyon manat əmanəti var:

"Əmanətlər banklar tərəfindən itirilib, bunu bərpa etmək lazımdır. Əhalinin burada günahı yoxdur. Bu, bütövlükdə 680 milyondan yuxarı vəsaitdir. Biz bu məbləği diriltməklə kreditləşmə potensialı yaradacağıq".

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR