© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bakıda karantin qaydalarını pozan internet klub aşkarlandı

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan internet klub aşkarlanıb.

DAİM.AZ Trend-ə istinadən xəbər verir ki, Binəqədi RPİ Post Patrul Xidməti və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 11-də Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində “Hooligans” internet klubunun sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi A.Bağırlı 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR