© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun tarixi dəyişdirilib

Avropa Gimnastikasının təşkilatçılığı ilə bu il ölkəmizdə bədii gimnastika üzrə ilk dəfə keçiriləcək Avropa Kubokunun tarixi dəyişdirilib.

“Report”un Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, yeni formatı ilə fərqlənəcək yarış mayın 3-dən 5-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.

Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Yarışda çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək.

Kubokda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR