© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bakıda taksi sürücüləri iki taksi şirkətini boykot edir

Artıq bir neçə gündür ki, Bakıda minə yaxın taksi sürücüsü "Maksim (2111) və "Omeqa” (0404) çağrı mərkəzlərini boykot edir.

DAİM.AZ xəbər verir ki, sürücülər bu şirkətlərdə qiymətlərin həddən artıq ucuz olması və təklif olunan şərtlərin onları qane etmədiyini bildirirlər. Boykotçu sürücülər bu şirkətlərdən sifarişləri qəbul etmir, öz sıralarını getdikcə genişləndirmək üçün səy göstərirlər.

Sürücülər arasında təşkilatlanma işinə start verilib. Artıq "Telegram" sosial şəbəkəsində "Boykot” kanalı yaradılıb və bir neçə gün ərzində 943 sürücü bu kanala abunə olub.

Həmçinin Taksi Sürücülərinin İctimai Birliyi təsis edilib və qurumun "Facebook" səhifəsi yaradılıb. 

Aksiyanın elan edilən məqsədi sürücülərin hüquqlarını pozan və insan əməyi üzərində minimum qiymət rəqabətinə girən çağrı mərkəzlərini və şirkətləri boykot etməkdir. 

"Bir çoxlarının ağlına gəlmir ki, qiymət müştəri tutmaq məqsədi ilə çağırı mərkəzləri arasında gedən rəqabətə görə bu şəkildədir. Çoxları elə bilir ki, bu qiyməti çağırı mərkəzi hesablayıb və bu qiymətlə işləmək olar deyə qeyd edib. Qətiyyən hansısa ucuz çağırı mərkəzi taksi sürücüsünü düşünüb qiymət müəyyən etmir!!!” - deyə "Boykot” "Telegram" kanalında bildirilir.

Taksi sürücülərinin bütün taksi şirkətlərinə aid olan başqa tələbləri də var. Bura qoşulma haqqının ləğv edilməsi, şirkətin reklamı olan "şahmat”dan istifadə edilmədiyinə görə cərimələrin ləğv olunması, sürücülərin maaş müqabilində işlədiyi şirkətlərdə iş saatının 12-14 saatdan 8 saata endirilməsi və istirahət günlərinin artırılması daxildir.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR