© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bakının 300-dən artıq küçə və prospekti dezinfeksiya edildi

https://youtu.be/dQVk9ojByyg

Bu gün səhər saatlarından başlayaraq Bakının küçə və prospektlərində, həmçinin kənar qəsəbə və yaşayış massivlərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən DAIM.AZ-a verilən məlumata görə, icra hakimiyyəti strukturlarına aid 37, Daxili İşlər Nazirliyinə (DİN) aid 15 xüsusi texnika, həmçinin təsərrüfat xidmətlərinin 2 000-dən çox işçisi bu tədbirlərə cəlb edilib.

Saat 17.00-a olan məlumata görə, şəhər və qəsəbələr üzrə 300-dən artıq küçə və prospektin dezinfeksiya işləri təmin edilib. 

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR