Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılır
GÜNDƏM8-18 sentyabr tarixilərində aparılan təmir işləri ilə əlaqədar olaraq Mirəli Qaşqay küçəsinin Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.
Maraqlana bilərsizr