© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Belarus prezidenti Füzuli rayonuna səfər edib

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib.

Reyting.az
 xəbər verir ki, ali qonağın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Füzuli Beynəlxalq Hava Limanında Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

Belarus prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib.





***

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR