© © 2024 DAİM.AZ - Bütün hüquqları qorunur.

Bibiheybət yolu ötən gecədən istifadəyə verilib

Bu barədə DAİM.AZ-ın sorğusuna cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol artıq açılıb:

“Yolun Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığından keçən hissəsi asfaltlandıqdan sonra dünən gecə saatlarından istifadəyə verilib. Sözügedən yol üzərindən şəhərə giriş-çıxış bərpa olunub”. 

Xatırladaq ki, Bibiheybət məscidi yaxınlığından keçən yolda ötən il bir neçə dəfə sürüşmə hadisəsi qeydə alınıb. Torpaq sürüşməsi səbəbindən yolun təxminən 250-300 metrlik hissəsi uçaraq, tamamilə yarasız hala düşmüşdü.

Maraqlana bilərsizr

BÜTÜN XƏBƏRLƏR