Bir günün içində siyasi gedişatlar bu qədər dəyişərmi!?
GÜNDƏMErmənistanı artıq Rusiyanın caynağından azad etmək istəyirlər. Bu niyyəti indi aşkar şəkildə elan edirlər. Təkcə Ermənistanı? Əlbəttə, yox. Ümumən C.Qafqazı. Şimalı azad etmək çox çətindir. Amma planda yoxdur demək absurddur. İlk olaraq Çeçenistandan başladılar artıq.
Keçək əsas mövzumuza. Ermənistan isə bu təklifə yox deyəcək qədər axmaq, hə deyəcək qədər cəsur deyil.
Bunun üçün KTMT'dən çıxmalıdır? Çıxmadan da üzv olmaq mümkündür. Amma bunu kim veto edə bilər? Düz deyirsiniz, Türkiyə edə bilər. Bəs edərmi, əlbəttə edər. Amma zamanın axarında təsdiqləyə də bilər. Unutmayaq ki, Türkiyəni illərcə Qladio idarə etdi. İdarəedənlər 2022-2023-cü illərdə Türkiyə-Ermənistan əlaqələrini normalaşdırmağa başladılar.
İndi bildikmi, niyə iki tərəf arasında buzlar əridi!?
İndi bir anlıq düşünsək ki, Ermənistan NATO üzvüdür və Azərbaycanla mübarizə aparır. O zaman dərhal NATO qüvvələri protokola sadiq qalaraq dəstəyə gələcək.
Bəs Rusiya neyləyəcək buna cavab olaraq?
Sözsüz ki, Qafqazdan çəkilməyəcək hələki. Lazım olsa, Ermənistanı Azərbaycana verər, amma NATO-nu bölgədə yerləşdirməz. Paşinyan çoxdan razıdır, Avropaya inteqrasiyaya. Bunu daha da irəlilətməyə çalışsa, hakimiyyəti ni itirəcək. Kreml bunu edəcək.
Rusiya bundan sonra Azərbaycan-Ermənistan şərti sərhədlərinə KTMT qüvvələrinin (bunlar ruslar olsa, Kreml üçün lap əla) gəlməsini bildirəcək. Amma zənn etmirəm Ermənistan buna isti yanaşa. Yanaşsa, belə diktə elə yanaşacaq.
Bəs Azərbaycan necə?
Bunu açıq deyə bilərəm ki, Azərbaycan tərəfinin xarici siyasəti çox düzgün strategiya əsaslanır. İkili standartlar və balans siyasətini bacaran bir dövlət bir addım öndədir. Azərbaycana da təklif olunub, mütləq ki, NATO yolu. Ancaq bunu bu dəqiqə etmək uçuruma getmək olar. Zaman və situasiya yetişməlidir.
Haçan yetişə bilər?
Rusiya tam taqətdən düşdükdən sonra! Ölkədaxilində çevriliş edə bilmək qabiliyyətini itirdiyi zaman.
Konfliktoloq Elman Vəliyev
Maraqlana bilərsizr