"Bir ölür- min dirilərik-3!" layihənin icrası yekunlaşdı
CƏMİYYƏT“Bakı Gənclər Klubu” ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 20 dekabr 2022 – 20 mart 2023-cü il tarixlərdə həyata keçirdiyi “Bir ölür - min dirilərik-3!” adlı layihənin icrasını yekunlaşdırıb. Layihənin icrası Bakı şəhəri və Füzuli rayonunda həyata keçirilmişdi.
Layihənin məqsədi – Vətən müharibəsi zamanı dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı filmlər vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə qəhrəman obrazları yaratmaq idi.
Layihənin icrası zamanı 3 qısametrajlı filmin çəkilişi həyata keçirilmişdir. Bu məqsədlə çəkiliş qrupu Füzuli rayonunun Araz Yağlıvənd, Aşağı Yağlıvənd və Böyük Bəhmən kəndlərinə səfərlər təşkil etmiş və Vətən müharibəsi zamanı qızqın döyüşlər getdiyi məkanlarda çəkilişləri həyata keçirmişdir. Çəkilişlərdə Xüsusi Təyinatlı Quvvələri döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, Vətən müharibələri zamanı həyata keçirilən əməliyyat və döyüşlər, qızğın döyüş gedən məkanlar və gənc nəslə tövsiyyələr öz əksini tapmışdır. Layihənin yekunu olaraq 16 mart 2023-cü il tarixi Horadiz şəhərində Füzui Dövlət Dram Teatrında Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar xanım Eyvazova, qazi, yerli ictimaiyyət və gənclərin iştirakı ilə layihə çərçivəsində hazırlanmış filmlərin təqdimatı keçirilmişdir.
Gülbahar xanım çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının həyatındakı rolundan, qazanılan Şanlı Qələbənin memarı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli sərkərdəlik məharətindən, ordumuzun gücündən, şəhid və qazilərin, müharibə iştirakçılarının vətənpərvərlik əzmindən danışıb və “Bakı Gənclər Klubu” ictimai birliyinin fəaliyyətini yüksək qiymətləndirərək gördüyü işlərdə birliyin kollektivinə uğurlar diləyib.
“Bakı Gənclər Klubu” ictimai birliyi İdarə Heyətinin üzvü Azər Cavadov çıxış edərək bildirib ki, ictimai birlik əsas fəaliyyətini gənclərin vətənpərvərlik tərbiyəsi və xalqımızın tarixi və mədəni irsinin təbliği istiqamətlərində aparır. Məhz bu istiqamətləri əsas götürərək təşkilat Vətən müharibəsi qaziləri - Rüstəmli İlkin Elçin oğlu, Nəsirov Nizam Rasim oğlu və döyüşçü Vəliyev Şəmsi İlqar oğlunun döyüş yolları və Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları haqqında 10 -15 dəqiqə arası 3 qısametrajlı filmlər hazırlamış və bu filmlər gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsində, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılmasında, gənc nəsildə yeni müasir qəhrəman obrazların yaranmasında rolu olacagını qeyd etmişdir. Sonda layihənin yekunu olaraq hazırlanmış qısametrajlı filmlərin təqdimatı keçirilmişdir.
“Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.
Azərbaycan, AZ 1014, Bakı, “Binəqədi Gənclər Evi”
Tel: (012) 408 98 45, Mob: (050) 322 28 02
www.fb.com/bakigenclerklubu
www.twitter.com/bgk_az
E-mail: bakıgenclerklubu.ib1994@gmail.com
Maraqlana bilərsizr